meyvələr
|
Meyvə və tərəvəz istehlakının çox olması insanı müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ürək-damar, diabet və xərçəngdən qoruyur. Bu baxımdan vitamin, mineral, antioksidant və lif anbarı olan bu ərzaqların daha çox qəbul edilməsi orqanizmin qoruyucu təsirini daha da artırır. FaktXeber.com bu gün sizlərə əsrimizin bəlasına çevrilmiş xərçəngdən qoruyan bəzi meyvə və tərəvəzi təqdim edir.
1.: Tərkibində bol
miqdarda kuarsetin var. Xərçəng müalicəsində, onun qarşısını almaqda,
allergiya və ürək-damar xəstəliklərində faydalıdır. Gündə ən azı 2 alma
yeyilməyi məsləhət görülür.
2.: Tərkibindəkı
bəzi maddələr vasitəsilə xolesterol və şəkəri tənzimləyən nar ürək
sağlamlığını da qoruyur. Buna görə də gündə 1 stəkan təzə sıxılmış nar
suyu və ya 2-3 dənə nar yeyilməlidir.
3.: Son 10 il
ərzindəki araşdırmalar quru üzümün xərçəngin qarşısını aldığını
göstərir. Həmçinin ürək-damar xəstəliklərindən də qoruyur. Üzüm tumu və
qabığıyla birlikdə gündə 1-2 salxım yeyilməlidir.
4.Tərkibindəki "eliagic" turşu xərçəngli hüceyrələrin ölməsini təmin edir.
Böyürtkən yarpaqları da çox faydalıdı və dəmlənib çay kimi içilə bilər.
5.: İnsan
bədənini xərçəngdən qoruyan fermentləri aktiv edərək həmin xəstəliyə
tutulmağın qarşısını alır. Həmçinin qandakı xolesterolu azaldaraq
infarktdan da qoruyur.
6.: Tərkibində
bol miqdarda "flavon" deyilən bir maddə var. Xərçəngin yaranmasına və
onun irəliləməsinə mane olur. Xüsusilə döş, dəri, ağciyər və qaraciyər
kimi xərçəng xəstəliklərində təsirlidi.
7."A" və "C" vitamini ilə zəngindi. Tərkibindəki faydalı maddələr bədəni xərçəngə qarşı qoruyub, toksik maddələrdən təmizləyir.
8.:
Ağciyər xərçəng xəstəliyinə mane olur və döş xərçəngindən qoruyur.
Mütəxəssislər bol miqdarda turp salatı yeməyi məsləhət görürlər.
QIRMIZI BİBƏR "C" vitamini ilə zəngindi. "C" vitamini xərçəng hüceyrələrinin böyüməsinə mane olur və immuniteti zərərli maddələrdən qoruyur.
10."C" vitamini, betakaroten, lif və kalsium ilə çox zengindi. Tərkibində
xərçəngə qarşı qoruyucu maddələr var. Xüsusilə bağırsaq, sidik yolu və
döş xərçənglərindən qoruyur. Həkimlər brokolini çiy, lakin həftədə 2
dənədən çox yeyilməməsini bildirirlər.
11. Xüsusilə
az bişmiş halda qəbul eilməsi prostat problemlərinin 40 faizini azaldır.
Pomidordakı likopen ağciyər və döş xərçənglərinin inkişafına da mane
olur.
12.Xərçəngin
yayılmasını dayandırır. Tərkibində selenyum, triptopan kimi xərçəng
hüceyrələriylə mübarizə aparan maddələri var. Həm xərçəngə tutulmaqdan
qoruyur, həm də xərçəng müalicəsi əsnasında istifadə edilir. Heyvanlar
üzərində aparılan araşdırmalara görə sarımsaq mədə, döş, bağırsaq, yemək
borusu, prostat və dəri xərçənglərində şişlərin meydana gəlməsinə və
irəliləməsinə mane olur. Hər gün 2-3 diş çiy sarımsaq, 1-2 ovuc quru
yemiş yeyilməlidir.
13. Gündə 2 stəkan
kök suyu içmək prostat xərçəngini 20 faiz azaldır. Kökün tərkibində
betakaroten deyilən çox faydalı bir maddə var. Betakaroten maddəsi ağız,
yemək borusu və mədə xərçənginə qarşı qoruyucu təsiri var.
14.:
Tərkibindəki "bromelain" maddəsi şiş hüceyrələrinin inkişafını birbaşa
dayandırır. Xüsusilə ağciyər, bağırsaq, yumurtalıq və dəri
xərçənglərində şişli hüceyrələrin böyüməsinə mane olur.
15.:
Sink və selenyum maddələri ilə zəngindir. Sink bədəndə "C" vitamininin
sovrulmasını təmin edir və şəfalı təsirini sürətləndirər.
16.: Omeqa 3-lə
zəngin olan balıqları seçin. Həftədə 2 dəfə qızılbalıq, skumbriya,
sardina və ay balığı kimi omeqa 3 yağ turşuları ilə zəngin olan
balıqları yemək xərçəngdən qoruyar. Balıq döş xərçənginin yayılmasına,
bağırsaq, mədəaltı vəzi və prostat xərçənglərinin böyüməsinə mane olur.
Həmçinin infarktın da qarşısını alır.
17.: Tərkibində
Omeqa 3 yağ turşuları olduğu üçün xərçəngdən qoruyur. Ürək-damar
xəstəliklərinə də xeyirlidir. Gündə 1 ovuc qoz yeyilməlidir.
18.
İmmuniteti gücləndirmək üçün gündə 1 xörək qaşığı çörək otu yeyin. Çörək
otu bədəndə mikrob və ya şişlə mübarizə aparan "təbii öldürücü"
hüceyrələrinin artmasını təmin edir. Faydalı təsirlərini tez göstərməsi
üçün çörək otunu üyüdüb toz şəklində qəbul edin.
19. İnfarkta
qarşı olan "E" vitamini ilə zəngin qidadır. Hər gün yeyilən bir ovuc
fındıq xərçəngə qarşı qoruyucudur. Tərkibindəki yağlar sağlamlığa
zərərli deyil. Pis xolesterolu salıb yaxşı xolesterolun səviyyəsini
artıraraq ürək xəstəliyinin qarşısını alır.
20.: Tərkibində bol miqdarda kalium, dəmir və kalsium var. Həzm sistemini yaxşılaşdırır. Müasir tibdə də xərçəngə qarşı qoruyucu olaraq təklif edilməkdədir |



















